Tripsee
City trips

Bakı sirkində gözqamaşdıran əyləncə

16/08/2023
Bakı sirkində gözqamaşdıran əyləncə

Azərbaycanda sirk sənətinin köklərinin qədimlərə dayandığını söyləmək olar. Belə ki, çövkən, zorxana kimi milli oyunlarda, cıdır yarışlarında, kəndirbazların çıxışlarında müasir sirk sənətinin müəyyən elementlərinə rast gəlinir. Ölkəmizdə ilk peşəkar sirk isə XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. İlk Azərbaycanın milli sirk truppası 1945-ci ildə yaradılmışdır. Bakı Dövlət Sirkinin hazırkı binası isə 1967-ci ildə istifadəyə verilmişdir. 

Bu bina Bakının ötən əsrə aid memarlıq nümunələri arasında öz orijinal görkəmi, möhtəşəm günbəzi ilə seçilir. Bakı sirki bu gün də insanların ailəvi istirahət üçün üz tutduqları məkanlardandır. Tamaşaçılar burada dünya sirk sənətinin parlaq nümunələrini, məşhur sirk artistlərinin çıxışlarını, hava gimnastları, akrobatlar, kaskadyorlar və klounların məharətlərini izləyirlər. Bakı Dövlət Sirkində yerli aktyorlardan əlavə, tez-tez Rusiya, Ukrayna və digər ölkələri təmsil edən sirk kollektivləri də çıxış edirlər.

Paylaşın