Tripsee
Adventure Travel

Palçıq vulkanlarını özünüz üçün kəşf edin

16/08/2023
Palçıq vulkanlarını özünüz üçün kəşf edin

Bakı yaxınlığında dünyanın ən fərqli təbiət hadisələrindən hesab olunan çox sayda palçıq vulkanı mövcuddur. Palçıq vulkanları köpüklü və bəzən püskürməyə hazır görünüşü ilə tanınır. Ölkəmizdə təxminən 400 palçıq vulkanı qeydə alınıb. Onların ölçüsü normal vulkanlardan kiçik olsa da, daha tez-tez püskürməsi ilə seçilir. Palçıq vulkanlarının diametri  maksimum təxminən 10 m, hündürlüyü isə 700 metrdir (dünyanın ən böyük palçıq vulkanları – Böyük Kənizədağ və Torağay Azərbaycanda yerləşir).
Palçıq vulkanları yeraltı qazların yer səthinə çıxmasını şərtləndirən tektonik tərpənmələrin nəticəsində yaranır. Bu zaman sızan qazların bir qismi yanmağa başlayır və heç vaxt sönmür. Bəzi insanlar bu əbədi alovların 2 000 il əvvəl Azərbaycanda Zərdüştlüyün yaranmasına səbəb olduğunu hesab edirlər. Hazırda Daşgil adlanan ərazidə vulkanları ziyarət etmək ödənişsizdir. Qobustan qoruğundan buraya taksi ilə təxminən 20 manata gəlmək mümkündür. Bir sıra palçıq vulkanı isə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nda xüsusi mühafizə olunur.

Paylaşın