Tripsee
City trips

İçərişəhərdə qədim Bakıya səyahət

09/04/2024
İçərişəhərdə qədim Bakıya səyahət

XII əsrə aid divarlarla əhatə olunmuş İçərişəhər Ümumdünya İrs Siyahısına daxil edilib. Bakının ən sirli abidəsi – Qız qalası da məhz İçərişəhərin Xəzərlə sahilində inşa olunub. Onun hansı məqsədlə tikildiyi tarixçilərə hələ də dəqiq məlum deyil. İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar Sarayı isə XV əsrdən etibarən əzəmətli Şirvanşahlar dövlətinin hökmdarlarının  iqamətgahı olub. İçərişəhər tarixi abidələri ilə yanaşı, dar küçələrdən, o cümlədən sənətkarlıq emalatxanalarından, suvenir dükanlarından və klassik Azərbaycan təamları təqdim edilən ənənəvi restoranlardan ibarət labirinti xatırladır. Burada yerləşən onlarla maraqlı sərgi zalı, qalereya və muzeyləri ziyarət edərək gözəl və unudulmaz gün keçirmək olar.

Paylaşın