Lənkəran Azərbaycanın cənubunda Talış dağları və Xəzər dənizi arasında yerləşən subtropik bölgədir. Buranın yerli mətbəxi zəngin və müxtəlifdir: düyü, ət, balıq, tərəvəzlər və ləziz şirniyyatlar onun əsasını təşkil edir. Cənub bölgəmizdə yaşayan talışlar region mətbəxinin formalaşmasında müstəsna rol oynamışlar.
Lənkəranda ən məşhur yerli təam ləvəngidir. Bu yemək içərisi lavaşa, qoz, soğan və sumaxla doldurulmuş toyuq, yaxud balıqdan hazırlanır və ənənəvi olaraq təndir çörəyi bişirmək üçün istifadə olunan silindrik formalı gil təndir sobaların içərisində bişirilir. Dadmalı olduğunuz digər təamlara külçə, boranı və mərci plovları, həmçinin fisincan və balıqdan hazırlanan onlarla yemək daxildir. Vegetarianlar soğan və göyərtilərlə hazırlanan və nazik lavaş çörəyi ilə süfrəyə verilən kükünü mütləq dadmalıdırlar.
Bəzən aclıq gözlənilir