Tripsee
Sea Travel

qızmar yay günlərində Xəzər çimərliklərində istirahət

16/08/2023
qızmar yay günlərində Xəzər çimərliklərində istirahət

Xəzər dənizinin sahili boyunca sıralanan istirahət məkanlarında turistlərin aktiv istirahəti üçün hər cür şərait var. Paytaxt sakinləri və qonaqlar Abşeron yarımadası sahillərindəki gözəl çimərliklərdən zövq ala bilərlər. Sadəcə günəş vannası qəbul edib, dənizdə üzməklə yanaşı, Bakı çimərliklərində vindsörfinq üzrə məşğələlərə qatıla bilərsiniz. Sakit və romantik istirahət axtaranlara isə nisbətən az izdihamlı Bilgəh, Mərdəkan, Pirşağı, Nardaran və Buzovna çimərliklərinə yollanmağı məsləhət görürük. Bakının qumlu çimərlikləri ruhunuzu sakitləşdirəcək və qızmar yay günlərində əsl xilaskar olacaq.

Paylaşın

Əlaqədar məzmun

Bəzən aclıq gözlənilir