Ümumi sahəsi 4,25 hektar olan Bakı Zooloji Parkı dünyanın ən müasir zooparkları ilə eyni səviyyədə təşkil olunub. Burada saxlanılan heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir. Zooparkda qonaqlar parlaq rəngli, kiçik tropik quşlardan tutmuş pələngə qədər müxtəlif heyvan növləri – şir, bəbir, ayı, dəvə, Qafqaz nəcib maralı, ceyran, meymun, canavar, zebr, alpaka, timsah, müxtəlif sürünənlər, qartal, qara qu quşu ilə tanış ola bilərlər. Bu heyvanlarla tanışlıq, onların bəziləri ilə yaxından ünsiyyət kiçik yaşlı ziyarətçilərdə təbiətin gözəlliyi və mükəmməlliyi haqda aydın təsəvvür yaradacaq.
Bəzən aclıq gözlənilir